3 hərbçinin nəşi dəfn olunmaq üçün Zirə, Əmircan və Beyləqana aparılıb

01 Dekabr 2021 - 16:12

Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.

Qəzada həlak olan 3 hərbçi – polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.

Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.(APA)