3 hərbçinin nəşi dəfn olunmaq üçün Zirə, Əmircan və Beyləqana aparılıb

Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.

Qəzada həlak olan 3 hərbçi – polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.

Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq –

Sonrakı məqalə

İran parlamentində yanğın baş verib –