31 il əvvəl itkin düşmüş şəhid Vaqif Alıyevin qalıqları Gəncədə dəfn edilib-FOTO

Ağdərə rayonunun Sırxavənd kəndində qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində dəfn edilib.

Şəhidin qalıqları Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbiçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak ediblər.

Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşmüşdü.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.