35 xarici tələbə Tibb Universitetindən qovulub –SƏBƏB

Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

Bu barədə ATU-dan bildirilib. Qərar Universitetin Rektoryanı Şurası tərəfindən çıxarılıb.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019\2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni il gecəsi Bakıda avtobuslar saat 01.00-dək işləyəcək

Sonrakı məqalə

Dövlət Gerbi binaların üzərinə necə vurulacaq? –