Ağdamda bədbəxt hadisə baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.
Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında batan şəxslərin kimliyi məlum olub.
Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıblar.
Faktla bağlı araşdırma aparılır.