Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

Ortaq dini-mədəni və tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsini özündə əks etdirən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsi və gündən-günə yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə bu ölkənin Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.

“Şübhəsiz ki, ali səviyyəli fəal dialoq, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu əlaqələrin daha sürətlə inkişafına və dərinləşməsinə şərait yaradır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və daha da möhkəmlənməyə davam edəcək.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.