4 günlük Yapon pəhrizinin resepti –

Yeyərək 10 kq arıqla
11 Oktyabr 2019 - 09:51

Yapon pəhrizində əsas məqsəd fiziki bədən formasını əndazədən aşırmamaq, belin incəliyini qorumaq, enerjili olub çox işləyə bilmək, uzun ömür sürməkdir.

Yapon dietasının effektivliyini Miçiqan və Boston Universitetinin araşdırmaları sübub edib. Yarıdoymuş yağ turşuları, Omeqa 3 və 6 ürək-damar xəstəliklərini azaldır.

Yaponlar yeməyi dağ yağda qızartmır, çox bişirmir, şirniyyat az yeyir, yaşıl çay içir.

Medicina.az 14 günlük yapon pəhrizini təqdim edir.

Pəhriz müddətində bu qidalara icazə verilir:

– Ət – toyuq, hind quşu, cücə, dovşan əti, bütün balıq və dəniz məhsulları

-Bitki yağları – zeytun, qarğıdalı, kətan

-Tərəvəzlər – yaponlar tərəvəzləri fermentləşdirilmiş şəkildə, yəni duza, sirkəyə qoyulmuş yeyir. Belə halda insan uzun müddət tox qalır və tez arıqlayır

-Yumurta – Səhərlər 2 ədəd yumurta zülal ehtiyacını ödəyir

-Yaşıl çay

Gündəlik menyu variantı:

 

Səhər: suda bişmiş yumurta, yaşıl çay

Günorta: toyuğun döş əti tərəvəzlərlə və ya steyk yağsız, pomidor, xiyar, turşu kələm, yaşıl çay

Axşam: Suda bişmiş balıq, kələm şorabası və ya dəniz məhsulları tərəvəzlərlə

Bu dieta mədə-bağrısaq yara, xoraları üçün də effektivdir. Meyvələr bu dietaya daxil deyil, çünki şirin olur. Yaxşı olar, turşməzə giləmeyvələr yeyəsiz