5 minə yaxın bağça müəlliminin ixtisasında uyğunsuzluq var

29.10.2024 · 13:07 · Sosial

Əvvəlki illərdə də aparılan monitorinqlər göstərir ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi və pedaqoji heyətin 5 minə yaxınında ixtisasa uyğunsuzluq var.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən “Hesabat Brifinqi” zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, yeni işə qəbul edilən tərbiyəçilərin ixtisasları sırf məktəbəqədər təhsillə bağlıdır.