507 ölü, 2 minə yaxın məhkum…- İrandakı etirazların "qanlı" STATİSTİKASI

Sentyabrın 17-dən bəri İranda 22 yaşlı Məhsa Əmininin qətli ilə bağlı keçirilən etiraz aksiyalarında azı 507 fəal həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.

Təşkilat nümayəndələrinin sözlərinə görə, onlardan 69-u azyaşlı olub. Bundan əlavə, 66 təhlükəsizlik işçisi öldürülüb.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda İranda 161 şəhərdə ən azı 18553 etirazçı həbsxanadadır. Onlardan 4108 nəfərin kimliyi və saxlandığı yerlər hələlik məlum deyil. Həbs olunanlar arasında 665 nəfərə yaxını tələbələrdir.

Azpost.info

Əvvəlki məqalə

Rəhman Mustafayev Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndə təyin edilib

Sonrakı məqalə

Azərbaycanda Biznesin İnkişaf Fondu yaradılacaq