61 yaşlı qadın “Sədərək” ticarət mərkəzində bıçaqlanıb

08 Dekabr 2019 - 21:50

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb. 1958-ci il təvəllüdlü Həqiqət Mahmudova ticarət mərkəzinin ərazisində bıçaqlanıb. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)