62 yaşlı İranlı nazirin gənc arvadı hamını təəccübləndirdi-VİDEO

İranın 62 yaşlı xarici işlər naziri Abbas Əraqçı gənc həyat yoldaşı ilə hamını təəccübləndirib. 
Azpost.info bildirir ki, bununla bağlı görüntülər yayımlaınb.
Nazir A.Əraqçi Xarici İşlər Nazirliyi nəzdində Qadın Diplomatik Assosiasiyasının xeyriyyə tədbirinə özündən yaşca kiçik arvadı Arzu Əhmədvəndlə gəlib.
Bu isə böyük ajiotaj yaradıb.
Media onu Əraqçının ikinci arvadı kimi təqdim edib.
XİN rəhbərinin ilk arvadı Bəhare Abdullahianla evliliyindən 2 oğlu və 1 qızı var. Cütlük bir neçə il əvvəl boşanıb.
Obama administrasiyasının nüvə danışıqlarındakı nümayəndəsi Vendi Şerman xatirələrində Əraqçı ilə dostluq münasibətlərini təsvir edərkən yazır ki, o zamanlar hər ikisi baba və nənə olub və bir-birlərinə nəvələrinin fotolarını göstəriblər.
Əvvəlki məqalə

Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsi başlanır

Sonrakı məqalə

SOCAR 17 il ərzində Türkiyəyə yatırdığı investisiyaların həcmini açıqladı