65 yaşa çatmış 563 müəllimlə əmək müqaviləsi bağlanılıb- Bakı Təhsil İdarəsi

2019-cu təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 943 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, bunlardan 414 nəfəri müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz əmək müqaviləsi ilə işə qəbul mərhələsi, 274 nəfəri vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 255 nəfəri isə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib.

1662 nəfər isə müddətli müqavilə əsasında işə qəbul olunub. Bunlardan 1099 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli əmək müqaviləsi ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində işə qəbul edilib. Həmçinin 563 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə müddətli əmək müqaviləsi bağlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran təyyarəsi Azərbaycanla sərhəddə qəzaya uğradı

Sonrakı məqalə

“Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir”