Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. O bildirib ki, 8039 bələdiyyə üzvü seçilib. 90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin üzvü rəhmətə gedib, buna görə də həmin bələdiyyə tam formalaşmayıb.