“72 nəfərin əfv olunması ilə bağlı müraciətimiz müsbət həllini tapıb” –

Ombudsman Səbinə Əliyeva
19 Mart 2021 - 10:30

“Müvəkkil tərəfindən 72 nəfərin əfv olunması ilə bağlı müraciət müsbət həllini tapıb. Cənab Prezidentin sərəncamı ilə onlar azadlığa buraxılıb”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib, Prezidentin imzaladığı əfv sərəncamı ümumilikdə 625 məhkuma şamil edilib: “Bu bizi, məhkumları, onlarının ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz bu günə cənab Prezidentə, göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk. Əfv olunan məhkumları dəvət edirəm ki, cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq, gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olsunlar”.