Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. APA-nın məlumatına görə, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında - küçədə “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcının qırılıb, nəticəsində avtomobil üzərinə düşüb. O, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aprılır.

AzPost.az