İnternetdə 78 il əvvəl Buzovna çimərliyində çəkilmiş kinokadrlar maraqla qarşılanıb.  AzPost  bildirir ki, "Bakılılar istirahətdə" adlanan kinoxronika 1946-cı ildə çəkilib. Görüntülər tanınmış azərbaycanlı kinooperator Muxtar Dadaşov tərəfindən lentə alınıb. Kadrlarda çimərlikdə dincələn bakılılar əks olunub. Müharibədən 1 il sonra çəkilmiş kadrlarda insanların üzündə təbəssüm və körpə uşaqlar simvolik məna daşıyır. [video width="480" height="360" mp4="https://azpost.info/wp-content/uploads/2023/11/398556842_322863220468796_7640036587865105443_n.mp4"][/video] AzPost.az