Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

8 ayı ərzində televiziya kanalları nə qədər cərimələnib?

User 02 Sentyabr 2025 - 18:50 (Last updated: 02 Sentyabr 2025 - 17:43)
Televizora baxmaq

Televizora baxmaq

2025-ci ilin ilk 8 ayı ərzində aparılan monitorinqlər nəticəsində 5 qanun pozuntusu faktı aşkarlanıb və müvafiq olaraq qanunauyğun tədbirlər həyata keçirilib.

Bu barədə Audioviziual Şuradan məlumat verilib.

Bildirilib ki, pozuntu hallarından ikisi “Media haqqında” Qanunun 14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər), biri 38-ci maddəsinin (yayım hüququ) və ikisi “Reklam haqqında” Qanunun 4.3-cü maddəsinin (reklam olunan tibb müəssisəsinin lisenziyasının nömrəsinin göstərilməməsinə görə) tələblərinin pozulması ilə bağlı olub.

Bu pozuntulara görə yayımçılara ümumilikdə 3 yayımın dayandırılması (üç saat – 2 dəfə, iyirmi dörd saat – 1 dəfə) sanksiyası, 2 xəbərdarlıq tətbiq edilib.

Bu müddət ərzində yayımçılara münasibətdə cərimə ilə bağlı protokol tərtib edilməyib.

2024-cü il ərzində görülən tədbirlər

4 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 3 inzibati protokol tərtib olunub.

İl ərzində ayrı-seçkiliyin təbliğinə yol verdiyinə görə “MTV” kanalının yayımı 8 saatlıq, müstəsna yayım hüququnun pozulmasına görə “ATV”, “ARB”, “ARB Günəş” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Peyk yayımı həyata keçirməyən platforma yayımçısı “Səhiyyə TV” MMC (“Səhiyyə TV” kanalı) barəsində “Reklam haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı müxtəlif vaxtlarda 2 inzibati xətaya dair protokol tərtib olunub və müvafiq məhkəmələr tərəfindən hər biri 8 min manat məbləğində olmaqla cərimə sanksiyası tətbiq edilib.

“İctimai Televiziya və Radio Yayımları Şirkəti” (“İTV” kanalı) barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı inzibati xətaya dair protokol tərtib olunub və məhkəmə qərarına əsasən, kanal 3 min manat məbləğində cərimələnib.

2023-cü il ərzində görülən tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 1 inzibati protokol tərtib olunub.

İl ərzində qeyri-dəqiq reklam yayımlanmasına görə “ARB” kanalının yayımı 3 saatlıq, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “Space TV” kanalının yayımı 3 saatlıq, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə “Kanal S” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (“AZTV” kanalı) barəsində “Media haqqında” Qanunun tələblərinin pozulması faktı ilə bağlı protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən, kanal 5 min manat məbləğində cərimələnib.

2022-ci il ərzində görülən tədbirlər

3 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub.

Belə ki, uşaq proqramının energetik içki reklamı ilə kəsilməsinə görə “Space TV” kanalının yayımı 3 saatlıq, zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsinə görə “Space TV” və “ARB” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

2021-ci il ərzində görülən tədbirlər

“Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (“ATV” kanalı) barəsində “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun tələblərinin pozulması faktı ilə bağlı inzibati xətaya dair protokol tərtib olunub və müvafiq məhkəmənin qərarına əsasən, kanala 3 min manat məbləğində cərimələnib.

2020-ci il ərzində görülən tədbirlər

10 dəfə yayımın dayandırılması haqqında qərar qəbul olunub və 1 inzibati protokol tərtib olunub.

İl ərzində əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya yayımlanmasına görə “ARB” kanalının yayımı 6 saatlıq, tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə “Space TV”, “Xəzər TV”, “ARB” kanallarının yayımı 1 saatlıq, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə “Space TV” (2 dəfə), “Xəzər TV”, “ARB”, “Lider TV”, “ATV” kanallarının yayımı 3 saatlıq dayandırılıb.

Tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanmasına görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (“AZTV” kanalı) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən cərimə olunması ilə bağlı protokol tərtib olunub və müvafiq rayon məhkəməsi tərəfindən kanal 5 min manat cərimələnib.

Qeyd edilib ki, 2024-cü ilin sonlarından başlayan və hazırda da davam edən audiovizual mediada piratçılıqla mübarizə çərçivəsində Audiovizual Şuranın tərtib etdiyi protokollar əsasında cari ilin ilk altı ayı ərzində platfotma operatoru lizensiyası olan 13 subyekt müvafiq məhkəmələrin qərarına əsasən hər biri 5 min manat məbləğində cərimələnib.

AzPost.az

Post navigation

Previous: Tikinti sektoruna kredit qoyuluşları azalıb
Next: Dünyada hər yeddi nəfərdən biri psixi pozuntulardan əziyyət çəkir

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində,...
Read more about “Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.