80 il əvvəl batmış sualtı qayıq tapılıb –

İçində 48 dənizçi olub (FOTO)
02 Yanvar 2022 - 10:09

Yunan dalğıcları Egey dənizində 80 il əvvəl İkinci Dünya Müharibəsi zamanı batan İtaliyanın sualtı qayığının qalıqlarını tapıblar.

Bu barədə “Reuters” agentliyi xəbər yayıb.

“Jantina” sualtı qayığı 1932-ci ildə suya buraxılıb. 1941-ci ilin iyulunda o, Britaniyanın “HMS Torbey” sualtı qayığından atılan torpedo ilə vurulub. Qayıqda həmin zaman 48 dənizçi olub. Sualtı qayıq dekabr ayında məsafədən idarə olunan sualtı “ROV Super Achilles” aparatı vasitəsi ilə 103 metr dərinlikdə aşkar edilib.