91 nəfərə əmək veteranı adı verilib

2023-cü ildə 2714 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb və Agentliyin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən şəhid ailəsi üzvlərinə təqdim olunub.

Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.

“Şəhid ailəsi üzvlərinin vəsiqə ilə təmin olunması davam edir. Ötən il ərzində Agentlik tərəfindən 91 nəfərə əmək veteranı adı və vəsiqəsi də təqdim edilib”,- deyə o əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.