Xəzərdə 4 bala yaxın zəlzələ olub

25.12.2021 · 09:30 · Sosial

Xəzər dənizində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07:49-da baş verib.

Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.