Rusiyada koronavirusdan ölənlərin sayı 303 mini ötüb

virus

Rusiyada son sutka ərzində daha 24 946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 368 299 nəfərə çatıb.

Son sutka ərzində 981 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 303 250 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir