DİM yanvar-fevralda keçiriləcək imtahanların qrafikini açıqlayıb –

dim

Dövlət İmtahan Mərkəzi 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri haqqında məlumat yayıb.

DİM-dən verilən məlumata görə, qurum tərəfindən 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.

İmtahanın adı Tarixi
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 23 yanvar
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı 23 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) 13 fevral
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 13 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı 20 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) 20 fevral
Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı 27 fevral
Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı 28 fevral
TOEFL imtahanı 8, 22 yanvar

12, 19 fevral

GRE imtahanı 9 yanvar

4 fevral

TKT (Teaching Knowledge Test) imtahanı 29 yanvar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir