Lənkəranda partlayıcı və tezalışan maddələrin satışını təşkil edən şəxslər aşkarlanıb

partladan

Daxili işlər orqanları əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayonun müxtəlif ərazilərində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satılması ilə bağlı 4 fakt müəyyən edilib.

Keçirilən reyd zamanı həmin mağaza və piştaxtalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Partlayıcı və tezalışan maddələrin satışını təşkil edən Lənkəran rayon sakinləri S.Vahabov, Ş.Səfərova, V.Kamalzadə və R.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir