Ağstafada çörəkbişirmə sexində yanğın baş verib

agstafa

Ağstafa rayonunun S.Vurğun qəsəbəsində təmirə dayanmış çörəkbişirmə sexində yanğın baş verib. Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib, bir avtomobil isə tamamilə yanıb.

Zinayə Əzizovaya məxsus 500 kvadratmetrlik sahəsi olan çörəkbişirmə sexindən başlayan yağın daha sonra inkubator sexinə keçib. Hadisə nəticəsində sex sahibinin oğlu İlqar Əzizov orada yatılı halda olub və tüstüdən zəhərlənib. Ona məxsus “Prado” markalı avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub və alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Tüstüdən zəhərlənən İlqar Əzizova tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir