Bəstəkar Vasif Adıgözəlovun həyat yoldaşı vəfat edib

vasif yoldas

Tanınmış Azərbaycan bəstəkarı, görkəmli musiqi xadimi, mərhum Vasif Adıgözəlovun həyat yoldaşı Xalidə xanım dünyasını dəyişib.

Bu barədə tanınmış həkim Adil Qeybulla paylaşım edib.

O bildirib ki, mərhumun cənazəsi saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan – Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir