Yanğınla əlaqədar bu yolda hərəkət məhdudlaşdırıldı-
Yaşayış binasında baş verən yanğınla əlaqədar hazırda Təbriz-Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.
