Evində narkotik və odlu silah gizlədən şəxs saxlanılıb

oğru

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində evində narkotik vasitə və odlu silah gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotik vasitə daşımaqda və gizlətməkdə şübhəli bilinən rayon sakini Elmir Yaqublu saxlanılıb. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilərkən oradan sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də qanunsuz olaraq saxladığı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir