Müddətdən artıq parklanmaya görə cərimələr müəyyənləşir

parklanma

Nəqliyyat vasitəsinin parklanma yerlərində 48 saatdan artıq müddətə parklanmasına görə, yaxud parklanma müddəti və vaxtı məhdudlaşdırılmış parklanma yerində müəyyən müddətdən artıq parklanmasına görə cərimə müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu pozuntuya görə 20 manat cərimə müəyyənləşir.

Qüvvədə olan Məcəlləyə əsasən, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Beləliklə təklif edilən dəyişikliklə həmin maddə dəyişdirilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir