“Ayaqlarım tutulub, yeriyə bilmirəm, səhhətim pisdir…”-

taqi

“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib.  Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib: “İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:

“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir