“Pentqonda Rsiyanın Ukraynanı işğal edəcəyi barədə məlumatlar var” –
“Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi Rusiyanın Ukraynanı işğal edə biləcəyi haqqında məlumatlara sahibdir”.
Bu barədə Pentaqon məlumat yayıb.
“Rusiya Federasiyası işğal üçün bəhanə tapa bilər” deyə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu iddiaları şərh edərkən, bildirib ki, bu, ABŞ-ın ilk belə açıqlaması deyil.
