Putin Çinə səfərə gedib

putin

Rusiya Prezidenti Vladimir Putin Çinin paytaxtı Pekində səfərdədir.

TASS-ın məlumatna görə, bunu jurnalistlərə açıqlamaısnda Prezidentin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, bu, Rusiya liderinin koronavirus pandemiyası başlayandan bəri Çinə ilk səfəridir.

Səfər çərçivəsində V.Putinlə Çin Sədri Si Cinpin arasında təkbətək görüş olacaq. Görüşdə ikitərəfli əlaqələrin, regional və qlobal məsələlərin müzakirə olunacağı gözlənilir.

Y.Uşakovun sözlərinə görə, axşam saatlarında Rusiya dövlət başçısı XXIV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində qonaq qismində iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir