Dərbəndin sabiq azərbaycanlı icra başçısı azadlıqdan məhrum edilib
Moskvanın Preobrajenski rayon məhkəməsi Dərbənd rayonunun sabiq icra başçısı, azərbaycanlı Məhəmməd Cəlilova hökm oxuyub.
TASS-ın məlumatına görə, sabiq başçı 7,5 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Məhəmməd Cəlilov 2019-cu ildə həbs edilib. O külli miqdarda mənimsəmədə ittiham olunub.
