Nəsimi rayonunda vətəndaşın çantasından və avtomobildən pul oğurlayan şəxslər saxlanılıblar

ogru

 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə yanvarın 22-də rayon ərazisində Qobustan rayon sakini A.Həsənzadənin çantasından pul, şəxsiyyət vəsiqəsi və hesabında müəyyən qədər pul vəsaiti olan bank kartının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Tağıyev müəyyənləşdirilərək saxlanılıb.

Fevralın 1-də həmin polis şöbəsinə Cavadxan küçəsindəki avtoyuma məntəqələrinin birində isə “Toyota” markalı avtomobildən 4500 manat məbləğində pulun oğurlanması barədə məlumat daxil olub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.

Hər iki faktla əlaqədar araşdırmalar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir