Müğənni Lata Manqeşkarın vəfatı ilə bağlı Hindistanda matəm elan olunub
Hindistan hökuməti məşhur müğənni Lata Manqeşkarın fəvatı münasibəti ilə ölkədə iki günlük matəm elan edib.
Müğənninin vəfatı ilə bağlı 6-7 fevral tarixləri matəm elan olunub.
Ölkə ərazisində dövlət bayraqları endiriləcək.
Müğənni bu gün Mumbaidə dəfn olunacaq.
Bu gün səhər Hindistanın məşhur müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib.
Koronavirusa yoluxan müğənni fevralın 1-də yerləşdirildiyi Mumbaidəki klinikada həyatını itirib.
Lata Manqeşkar Bollivudun 1950-1970-ci illəri əhatə edən “qızıl əsri”nin əfsanəvi simvollarından biri sayılır. Onu Hindistanda “Hindistanın bülbülü”, “Musiqinin kriliçası” adlandırıblar.
Müğənninin bir çox məşhur filmlərdə mahnıları səsləndirilib. Bunların sırasında “Avara” (1951), “Cənab 420” (1955), “Bobbi” (1973), “Qisas və qanun” (1975), “Qanq, sənin suların bulanıqdır” ” (1985) və digərləri var.
