“Makron mənə dedi Ukraynanın ərazi bütövlüyünü pozmusunuz”-

putin makron

Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronun Kremlin 2014-cü ildə Ukraynanın ərazi bütövlüyünü pozduğuna dair ittihamına cavab verib.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Putin həmin vaxt orada hakimiyyətin zorla ələ keçirildiyini, Moskvanın da krımlıları qorumağa məcbur olduğunu bildirib: “Yəqin ki, Emmanuel mənə qəzəblənməz… Söhbət zamanı dedi ki, Ukraynanın ərazi bütövlüyünü
özünüz pozmusunuz. Rusiyanın 1975-ci ildən Helsinki Aktını, 2010-cu ildə isə Astanada hər kəsin tam təhlükəsizliyini ifadə edən sonuncu sənədi qəbul etdiyini xatırlatdı. Həmin sənəddə də deyilir ki, başqalarının təhlükəsizliyini pozmaqla təhlükəsiz şərait yaratmaq
mümkün deyil. Əlbəttə ki, məsələ tam belə deyil. Yaxud heç belə deyil”.

Putin həmin vaxt Qərb ölkələrinin Ukraynadakı dövlət çevrilişini dəstəklədiyini bildirib: “Bəs, Qərb dövlətləri niyə çevrilişi dəstəklədilər? Həmin andan bizim üçün Ukraynada hakimiyyətin mənbəyi xalqın iradəsi deyil, dövlət çevrilişidir. Təbii ki, sonra orada seçkilər, təkrar seçkilər oldu. Amma ən başda hakimiyyət zorla, silah gücünə, qanla ələ keçirildi”.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir