Yaponiya parlamenti Ukraynanı dəstəkləyən qətnamə qəbul etdi
Yaponiyada parlamentin aşağı palatası Ukrayna ilə həmrəylik və onun suverenliyinə, ərazi bütövlüyünə dəstək ifadə edən qətnamə qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.
Yaponiya Nümayəndələr Palatası aidiyyəti ölkələri diplomatiya yolu ilə Ukrayna ətrafındakı ərazilərdə sabitliyi mümkün qədər tez bərpa etməyə çağırır və bəyan edir ki, status-kvonun güc yolu ilə hər hansı dəyişikliyi qəbuledilməzdir.
Qətnamədə o da qeyd olunur ki, Yaponiya Ukraynada demokratiyanın inkişafı, regionda sülh və sabitliyin təşviqi üçün beynəlxalq ictimaiyyəti, o cümlədən G7-yə üzv olan digər ölkələri dəstəkləyir və onlarla əməkdaşlıq edir.
Xatırladaq ki, bu yaxınlarda Polşa Senatı yekdilliklə Ukraynanı dəstəkləyən qətnamə qəbul edib. Ukraynanı dəstəkləyən növbəti qətnamə Gürcüstan parlamentindən gəlib.
Azpost.info
