İsveçdə fevralın 9-dan koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılır.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, əhalinin COVID testindən keçməsi artıq tələb olunmur.
Qərarın peyvəndin yüksək səviyyədə aparılması ilə əlaqədar qəbul edildiyi bildirilir.
İsveç Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusa qarşı payız peyvəndi antikorları olan insanların sayının daha da artmasına səbəb olub. Noyabr və dekabr aylarında aparılan seroepidemioloji tədqiqatların nəticələrinə görə, onların xüsusi çəkisi artıq ölkə əhalisinin ümumi sayının 85 faizini təşkil edir.
Xatırladaq ki, İsveç hökuməti yanvarın 12-də koronavirusa yoluxma hallarının artması ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq etmişdi.
Yanvarın 21-dən isə ölkədə turistlər üçün karantin tələbləri yumşaldılmışdı.
Azpost.info

