ABŞ mətbuatı prezident Co Baydenin Rusiya, Fransa, Böyük Britaniya və Almaniya prezidentləri ilə bağlı kinayəli bəyanat səsləndirdiyini iddia edir.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, Bayden Vladimir Putini nüvə silahı olan, lakin heç bir dostu olmayan adam adlandırıb.
Bayden deyib ki, Emmanuel Makron Şarl de Qoll (20-ci əsrdə Fransanın əfsanəvi lideri) olmaq istəyir, Şolz isə hələ onun sələfi Angela Merkel deyil. Consonun davranışlarına da qiymət verən Bayden onu “çılğın” adlandırıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn bu məlumatı təkzib edib: “Bu anonim dedi-qodu prezidentin hörmət etdiyi və yüksək qiymətləndirdiyi həmkarları haqqında söylədiyi və ya düşündükləri ilə heç bir şəkildə oxşar deyil”.
Azpost.info
“Nüvə silahı var, amma dostu yoxdur” –

