Putin Fransa prezidenti Makron və Almaniya kansleri Olaf Şoltsa yaxın zamanda Donbasla bağlı fərman imzalayacağını bildirib.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bütün bunları nəzərə alaraq Rusiya prezidenti bildirib ki, yaxın zamanlarda müvafiq fərmanı imzalayacaq. Fransa prezidenti və Almaniya kansleri hadisələrin belə gedişatından təəssüfləndiklərini bildiriblər. Bununla bərabər təmasların davam etdirilməsinə hazır olduqlarını bildiriblər”.

