Makron Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı

21.02.2022 · 23:16 · Dünya

Fransa prezidenti Emmanuel Makron Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Makron administrasiyasındakı mənbəyə istinadən məlumat yayılıb. Məlumata görə, hazırda Yelisey sarayında Şuranın məhdud tərkibdə iclası keçirilir. İclasda Ukrayna ətrafındakı vəziyyət müzakirə edilir.

Azpost.info