“Moskvanın bu qərarı münaqişənin həllinə zərbə vurur” –

22.02.2022 · 00:54 · Dünya

NATO baş katibi NATO baş katibi Yens Stoltenberq Rusiyanın separatçı Donetsk və Luqansk “Xalq Respublikalarının” müstəqilliyini tanımasını pisləyib.

Azpost.info xəbər verir ki, bu barədə o, “Tvitter” hesabında yazıb. Stoltenberqin sözlərinə görə, Moskvanın bu qərarı münaqişənin həlli səylərinə zərbə vurur və Minsk razılaşmalarını pozur. NATO-nun baş katibi vurğulayıb ki, alyans Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiya yolunu seçməyə çağırır.

Azpost.info