Avstraliya Rusiya Təhlükəsizlik Şurasının səkkiz üzvünə sanksiya qoydu
Avstraliya baş naziri Skot Morrison Ukrayna ərazisində separatçı “LXR” və “DXR”-i tanıdığına görə Rusiyaya qarşı tətbiq olunan yeni sanksiyalar paketini açıqlayıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Morrison qeyd edib ki, Avstraliya Rusiya Təhlükəsizlik Şurasının səkkiz üzvünə qarşı sanksiyalar tətbiq edəcək.
Onların Avstraliyaya girişi, ölkənin struktur və təşkilatları ilə əlaqəli hər hansı maliyyə əməliyyatları qadağan ediləcək.
Sanksiyalar bir sıra Rusiya banklarını da əhatə edəcək.
Bundan başqa, adıçəkilən separatçı “respublikalarda” nəqliyyat, enerji, telekommunikasiya, neft, qaz və faydalı qazıntılar sahəsində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara qarşı da sanksiyalar tətbiq olunacaq.
Baş nazirin sözlərinə görə, Ukrayna vətəndaşlarına Avstraliya vizalarının verilməsi ilə bağlı müraciətlərə sürətli baxılmasını da planlaşdırırlar.
Azpost.info
