“Çin də Tayvana hücum edəcək” –

tramp hesabat

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Rusiyanın Donetsk və Luqansk “Xalq Respublikalarının” müstəqilliyini tanıması Çinə Tayvanı ələ keçirməyə imkan verəcək.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Trampın fikrincə, Çin hakimiyyəti Ukrayna ətrafındakı böhranı hərəkətə keçmə siqnalı kimi qiymətləndirə bilər: “Mən prezident olsaydım, Çin Tayvana hücum etməyə cəhd belə, etməzdi”.

Tramp hesab edir ki, Çin hökuməti Olimpiya Oyunlarının bitməsini gözləyirdi, indi isə hücum hər an başlaya bilər.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir