“Ukraynadan 5 milyon qaçqın Avropaya qaçacaq” –

miqrant
Ukrayna ərazisində genişmiqyaslı müharibə başlasa, beş milyona yaxın ukraynalı Avropaya qaçmaq məcburiyyətində qalacaq.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. “Rusiya bu yolda getməyə davam edərsə, hesablamalarımıza görə, dünyada yeni miqrasiya böhranı yaranacaq. Rusiyanın seçiminə görə daha 5 milyon insan qaçqın düşəcək”, – Qrinfild bildirib.
O, həmçinin dünyada ərzaq qiymətlərinin artmasından, Liviya, Yəmən və Livan kimi ölkələrin daha böyük qıtlıqla üzləşməsindən qorxduqlarını deyib: “Dünyanın ən böyük buğda tədarükçülərindən biri olan Ukrayna savaşa cəlb olunacaq. Bu müharibənin gətirəcəyi iztirab dalğaları ağlasığmazdır”.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir