Makron Putinə zəng vurdu, müharibəni dərhal dayandırmağı tələb etdi
Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng edib. Azpost.info xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb. Məlumata görə, liderlər arasında açıq və ciddi söhbət aparılıb.
Putin Makrona xüsusi hərbi əməliyyat keçirmək qərarının səbəbləri və şərtləri ilə bağlı ətraflı bilgi verib. Öz növbəsində, Makron Putindən Rusiya ordusunun Ukraynaya hücumunu dərhal dayandırmağı tələb edib. “Fransa prezidenti Ukrayna prezidenti ilə danışdıqdan və onunla məsləhətləşdikdən sonra Vladimir Putinə zəng edərək Rusiyanın hərbi əməliyyatlarının dərhal dayandırılmasını tələb edib”, – qəzet yazır.
Azpost.info
