Zelenski Putini danışıqlara çağırdı
Ukrayna prezidenti Zelenski Putini danışıqlar aparmağa çağırıb.
Azpost.info bildirir ki, prezident bu barədə özünün müraciətində bildirib.
Rus dilində danışan Zelenski deyib: “Rusiya prezidentinə bir daha müraciət etmək istəyirəm. Ukraynanın bütün ərazilərində döyüşlər gedir. Gəlin, insanların ölümünün dayandırmaq üçün danışıqlar stolu arxasında oturaq”.
Bundan başqa Zelenski Ukrayna ordusuna səslənib: “Möhkəm dayanın. Siz dövləti müdafiə edirsiniz”.
