Rusiyanın Avropa Şurasında təmsilçilik hüququ dayandırıldı –

avropa02

Avropa Şurası Rusiyanın təşkilatda təmsilçilik hüququnu dayandırıb.

Azpost.info bildirir ki, bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Qərara əsasən, Rusiya Avropa Şurasının Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasındakı təmsilçilik hüquqlarından istifadə edə bilməyəcək. Rusiya Avropa Şurasında səsvermə hüququndan məhrum edilir.

İclasda Avropa Şurasının üzvü olan 47 dövlət iştirak edib.

Novbədənkənar iclasda həmçinin bir sıra qərar qəbul edilib. AŞ Rusiyanın Ukraynaya qarşı hərbi hucumunu ən sərt şəkildə pisləyib və bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Nazirlər Komitəsi üzv dövlət kimi öz öhdəliklərini kobud şəkildə pozan Rusiyaya qarşı tədbirləri müəyyən etmək üçün AŞPA və Baş katiblə sıx koordinasiyada işləməyi qərar verib.

Avropa Şurası israrla Rusiyadan Ukraynaya qarşı hərbi hərəkətləri dayandırmağı tələb edir.

Avropa Şurası Rusiyanın qondarma qurumların tanımasını pisləyib, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir