Bayden Konqresdən Ukrayna üçün 6,4 milyard dollar istəyib

Joe Biden

President Joe Biden speaks on the economy in the Roosevelt Room of the White House, Saturday, Feb. 27, 2021, in Washington. (AP Photo/Pablo Martinez Monsivais)

Bayden administrasiyası Rusiyanın Ukraynaya davam edən işğalına cavab üçün Konqresdən 6,4 milyard dollar istəyib.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə administrasiya nümayəndəsinə istinadən “The Hill” nəşri məlumat yayıb. Təsdiq üçün Konqresə göndərilən layihdə Dövlət Departamenti və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinə (USAID) 2,9 milyard dollar ayrılması istənilir.

Bu vəsait Ukraynanın təhlükəsizliyini təmin etməyə kömək üçün Polşaya, Baltikyanı ölkələrə və NATO-nun şərq cinahındakı müttəfiqlərinə humanitar yardım kimi ayrılacaq. Pentaqona isə əlavə maliyyə üçün daha 3,5 milyard dollar ayrılması tələb olunub. Qeyd edək ki, ABŞ bu il Ukraynaya təhlükəsizlik sahəsində yardım kimi 650 milyon dollar, humanitar yardım kimi isə 52 milyon dollar ayırıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir