Rusiya Luqansk vilayətinin 3 stanitsasını tutub
Rusiya ordusu Luqansk vilayətinin Luqansk, Krımskoe və Markovka stanitsalarını tutub.
Azpost.info bildirir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday məlumat verib.
Qayday deyib ki, yaşayış məntəqələrində hakimiyyət strukturları öz yerindədir.
