Ukrayna Qırmızı Xaçdan Rusiya hərbçilərinin meyitlərini çıxarmaq üçün yardım istədi

qirmizi xac

Rus işğalçılarının cəsədlərini Ukraynadan çıxarın!” – Qırmızı Xaça müraciət olundu

Ukrayna Beynəlxalq Qırmızı Xaç Komitəsini Rusiyada həlak olan rus əsgərlərinin cəsədlərinin çıxarılmasına kömək etməyə çağırır.

Azpost.info xəbər verir ki, bunu baş nazirin müavini İrina Vereşuk deyib. “Biz Beynəlxalq Qırmızı Xaç Komitəsindən rus əsgərlərinin cəsədlərini Rusiyaya aparmağa köməklik göstərməsini xahiş edirik. Bunlar minlərlə işğalçı cəsədidir. Bu, humanitar ehtiyacdır və biz rus işğalçılarının cəsədlərinin Ukrayna ərazisindən çıxarılmasını istəyirik”, – Vereşuk bildirib.

O, əlavə edib ki, Rusiya bu gün Ukrayna torpaqlarında nə qədər işğalçı cəsədi olduğunu bilməlidir: “Qırmızı Xaç, bu humanitar problemi həll etmək üçün əlindən gələni et!”. Ukrayna prezidentinin ofisindən bildiriblər ki, müharibə başlayandan bəri 3,5 min rus əsgəri həlak olub, 200-ə yaxını əsir götürülüb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir